Bakı müqəddəsliyinin siması, böyük İslam alimi Seyid Yəhya Bakuvi Şirvani “Sirlərin şəfası” əsərində kamilliyin ən yüksək mərtəbəsini “Mərifət”, bu mərtəbəyə yetişənləri isə “Arif” adlandırır. Arxeologiya elmi də belədir, hər alim bu mərhələyə çata bilmir, hər kəs ömrü boyu elmin dərin qatlarına enə bilmir, bəsirət gözünü aça bilmir. Hər kəs imkanları daxilində elmə töhfə verir, amma az sayda alim elmin mərifət zirvəsinə yüksələ bilir. Müəllimim Qafar Cəbiyev isə məhz bu zirvəyə çatan, “Arif arxeoloq” adını qazanan alimdir. |