Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun açılışı 30 iyul saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında baş tutacaq. Bölmə iclasları 30–31 iyul 2025-ci il tarixlərində Bakının Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan Hamamında keçiriləcək. Simpozium Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil olunur və Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, arxeoloji abidələri, eləcə də tarixi irsin qorunması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunur. İki gün ərzində təşkil olunacaq tədbirin proqramı aşağıdakı kimidir:
30 iyul 2025-ci il
10:00 – 11:00 – Qeydiyyat
11:00 – 13:00 – Plenar iclas (AMEA Əsas bina, II mərtəbə)
13:00 – 14:00 – Nahar fasiləsi
14:00 – 18:00 – Bölmə iclasları (Zərgərpalan Hamamı, Bayırşəhər)
14:00 – 18:00 – Poster sərgisi
31 iyul 2025-ci il
10:00 – 13:00 – Bölmə iclasları (Zərgərpalan Hamamı, Bayırşəhər)
13:00 – 14:00 – Nahar fasiləsi
14:00 – 18:00 – Bölmə iclasları (Zərgərpalan Hamamı, Bayırşəhər)
10:00 – 18:00 – Poster sərgisi
Simpozium elm və mədəniyyət adamlarını bir araya gətirərək Azərbaycanın mədəni irsinin qorunması sahəsində elmi müzakirələr üçün mühüm platforma yaradacaqdır.
|