|
|
|
Azərbaycan Arxeologiyasının Mərifət Zirvəsi |
|
Bakı müqəddəsliyinin siması, böyük İslam alimi Seyid Yəhya Bakuvi Şirvani “Sirlərin şəfası” əsərində kamilliyin ən yüksək mərtəbəsini “Mərifət”, bu mərtəbəyə yetişənləri isə “Arif” adlandırır. Arxeologiya elmi də belədir, hər alim bu mərhələyə çata bilmir, hər kəs ömrü boyu elmin dərin qatlarına enə bilmir, bəsirət gözünü aça bilmir. Hər kəs imkanları daxilində elmə töhfə verir, amma az sayda alim elmin mərifət zirvəsinə yüksələ bilir. Müəllimim Qafar Cəbiyev isə məhz bu zirvəyə çatan, “Arif arxeoloq” adını qazanan alimdir. |
|
|
|
|
|
|
|
|
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin təlim kurslarına start verilib |
|
16 iyul 2025-ci il tarixində Bakı şəhərinin Yasamal rayonu Bayırşəhər ərazisində yerləşən tarixi Zərgərpalan hamamında Layihə çərçivəsində təlim kurslarının həyata keçirilməsinə başlanılıb. Təlim kursları hər birində 15 iştirakçı olmaqla iki qrup üzrə təşkil olunub. İştirakçılar müvafiq qoruqların, muzeylərin, təhsil müəssisələrinin nümayəndələri və mədəni irsin qorunmasında digər maraqlı şəxslərdən ibarətdir. |
|
|
|
|
|
|
|
|
Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması və konservasiyası ictimaiyyətə təqdim edildi |
|
15 iyul 2025-ci il tarixində Bakı şəhərinin Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamında aparılan arxeoloji tədqiqatların təqdimatı keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə baş tutub. Təqdimatda ölkənin aparıcı elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, tanınmış alimlər, qeyri-hökumət təşkilatları və media qurumlarının nümayəndələri, yerli sakinlər və sahibkarlar iştirak edib. |
|
|
|
|
|
|
|
|
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib |
|
08.07.2025-ci il tarixində Layihə heyətinin onlayn iclası keçirilib. İclas Layihə çərivəsində cari ilin 16-25 iyul tarixlərində Bakı şəhəri Yasamal rayonu tarixi Zərgərpalan hamamında keçirilməsi nəzərdə tutulan təlim kurslarına həsr olunub. İclas zamanı kursun proqramı, təlim mövzuları, ekspertlər tərəfindən hazırlanmış təlim materialları, nəşr olunacaq dərs vəsaiti, təlimin davamlılığını təmin etmək üçün MOOCların (Kütləvi Açıq Onlayn Kurslar) təşkili və digər məsələlər müzakirə olunub. |
|
|
|
|
|
|
|
|
“Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar keçirilib |
|
18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Mədəni irs abidələrində arxeoloji tədqiqatlar” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın müəllim və tələbəsi, direktor müavini Orxan Vəliyev, “Miras” İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli iştirak edib. |
|
|
|
|
|
|
|
|
“Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar keçirilib |
|
17 iyun 2025-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində “Mədəni irsin sosiallaşması və onun cəmiyyət üçün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin 20-yə yaxın rəhbər və müəllim heyəti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Həsənli iştirak ediblər. |
|
|
|
|
|
|
|
|
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar keçirilib |
|
13 iyun 2025-ci il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi kursları və arxeoloji irs” mövzusunda seminar təşkil olunub. Tədbirdə Mərkəzin 60-a yaxın şagirdi və müəllim heyəti, direktoru Pərviz Həmzəyev, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, İdarə Heyətinin üzvləri Prof. Dr. Qafar Cəbiyev və Məleykə Hüseynova iştirak ediblər. |
|
|
|
|
|
|
|
|
“Mədəni irsin qorunması sahəsində milli və beynəlxalq tənzimetmə” mövzusunda seminar keçirilib |
|
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasını davam etdirir. |
|
|
|
|
|
|
|
|
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına start verilib |
|
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi orta qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına başlayıb. |
|
|
|
|
|
|
|
|
Şimali Kiprdə Türk mədəniyyəti və irsi üzrə beynəlxalq simpozium keçirilib |
|
28-29 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib. Simpozium Azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. |
|
|
|
|
|
|
|
|
2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib |
|
2025-ci ilin aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib. |
|
|
|
|
|
|
|
|
“Mədəni irsini qoru” layihəsi Zərgərpalan hamamında |
|
Yanvarın 31-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində “Zərgərpalan” hamam kompleksinə infotur keçirilib. |
|
|
|
|
|
|
<< 1 2 3 4 5 6 7 8 9 10 >> |
|