|
|
|
|
II Beynəlxalq Ağsu Simpoziumu |
|
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, onun Şamaxı filialı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrsini Araşdırma İnstitutunun təşkilatçılığı ilə 20-21 dekabr 2019-cu ildə “Tərəkəmə həyat tərzi: dünən, bu gün, sabah” mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçiriləcək. Bu simpoziumun əsas məqsədi bütün dünyada Tərəkəmə həyat tərzini öyrənən alimləri bir yerə toplamaq, "Tərəkəmə həyat tərzi" konsepsiyası üçün elmi əsasları formalaşdırmaqdır. Simpozium Tərəkəmə həyat tərzini öyrənən alimlərimizdən Prof.Dr. Kübra Əliyevaya həsr olunur. |
|
|
|
|
|
|
|
|
Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu |
|
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 13-14 sentyabr 2019-ci ildə “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirməkdir. |
|
|
|
|
|
|
|
|
Ohrid-Vodici, 2019 Konfransı |
|
Biz antropologiya/etnologiya, siyasi elmlər, iqtisadiyyat, turizm elmləri, mətbuat, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etnomusiqi, memarlıq, muzeyşünaslıq, arxivləşdirmə, audio-vizual incəsənət, informasiya elmləri/texnologiyaları, coğrafiya, sosiologiya, psixologiya və digər əlaqəli sahələr üzrə alimləri, doktorantları və magistrantları, tələbələri, tədqiqatçıları və araşdırmaçıları konfransın əsas mövzusu ilə bütün əlaqəli sahələr üzrə mövzularda məqalələri ilə iştirak etməyə dəvət edirik. Müraciətlər mədəni irs, iqtisadiyyat, turizm, kütləvi informasiya vasitələri, mədəni kimlik, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. ilə bağlı geniş spektrli məsələləri əks etdirə bilər.
|
|
|
|
|
|
|
|
|
Həmzə Nigari- 2018 Simpoziumunun qəbul edilmiş tezisləri |
|
Prof.Dr. Vəli Əliyev, Dr. Fariz Xəlilli, Vüsal Həsənov, Ramil Vəliyev - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü; Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı; AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu; Niğde Ömer Halisdemir Üniversitesi - - Azərbaycanda Ellin dövrü Nərgizava nekropolunda yeni araşdırmalar |
|
|
|
|
|
|
|
|
IV BEYNƏLXALQ HƏMZƏ NİGARİ AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN QURULUŞUNUN 100-CÜ İLİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ SİMPOZİUMU (TARİX-ƏDƏBİYYAT-İNCƏSƏNƏT) |
|
Amasiya Universiteti, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS (MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi), AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində keçirilən Simpoziumun bu il əsas mövzusu “Azərbaycan Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri”dir. Tarix, ədəbiyyat və incəsənət mövzularında Siz dəyərli alimlərin məruzələrini bu elm festivalında dinləmək bizi şərəfləndirəcəkdir. |
|
|
|
|
|
|
|
|
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ QAFQAZ İSLAM ORDUSU - TÜRK DÜNYASI DÖVLƏTÇİLİK İRSİ BEYNƏLXALQ SİMPOZİUMU |
|
Odlar Yurdu Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 18-19 oktyabr 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu, Türk Dünyası Dövlətçilik İrsi Beynəlxalq Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi Türk dünyasının dövlətçilik irsində Azərbaycan Xalq Cümhuriyyətinin yerini müəyyən etmək və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını yenidən xatırlamaqdır. |
|
|
|
|
|
|
|
|
Aprel Şəhidi Toğrul Fərəczadənin xatirə ev muzeyi müsabiqə elan edir |
|
Müsabiqənin mövzusu: İnamım, qürurum, and yerim şəhidlərim. Məktəblilər müsabiqəyə yazı və bədii qiraət nominasiyalarında işlər təqdim edə bilər. 1. Yazılar - Word formatında e-mail ünvanımıza göndəriləcək. Yazılar məqalə, esse, şeir, hekayə ola bilər. Bəyənilən yazının müəllifinə məlumat veriləcək və Muzeyə dəvət olunacaq. 2. Bədii qiraət – mətni, şeiri səsləndirin və vatsap ünvanımıza göndərin. |
|
|
|
|
|
|
|
|
III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI |
|
Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini və axır çərşənbə tonqallarını izləmək, Şamaxı və Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, qurşaq atmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. |
|
|
|
|
|
|
|
|
MİRASA ÜZV OL! |
|
Üzv olaraq
1. MİRASın seçkili orqanlarına seçil;
2. MİRASın layihələrinə qoşul və layihələrini reallaşdır;
3. MİRAS jurnalı əldə et; |
|
|
|
|
|
|
|
|
Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu |
|
Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, riyazi texnologiyanın tətbiqi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır. |
|
|
|
|
|
|
|
|
VI Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Konfransı - 2018 |
|
Matera, İtaliya, 23-25 may
http://www.yococu2018.com
Son müraciət tarixi 28 yanvar 2018-ci ildir. |
|
|
|
|
|
|
|
|
Ohrid-Vodici, 2018 Konfransı |
|
Alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar konfransda iştirak etməyə dəvət olunur. Məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya, diaspora, mədəniyyətlərarası əlaqələr, multikulturalizm və s. mövzularını əhatə etməlidir. |
|
|
|
|
|
|
<< 1 2 3 4 5 6 7 8 9 >> |
|
|
|
|
|
|