Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival planlaşdırılır. 
Festival 2 gecə 3 gün ərzində baş tutacaq. Festival çərçivəsində müxtəlif folklor qruplarının mədəni proqramlarında iştirak etmək, sərgi-yarmarkaya qoşulmaq, oturma gecələrini izləmək, Ağsu turuna qatılmaq mümkündür. Kənd sakinləri ilə təmasda olmaq, kənd mətbəxini dadmaq, kənddən maraqlı fotolar çəkmək, folklor araşdırması aparmaq və s. mümkün olacaq. Festival çərçivəsində Tərəkəmə marafonu və Tərəkəmə Olimpiadasının keçirilməsi nəzərdə tutulur. 
Festival turuna qatılmaq istəyənlər üçün şərtlər: 
Turun proqramı: 
  
01 iyun 
06:00 - Toplanış (Gənclik metrosu qarşısı) 
09.00 - Qeydiyyat 
10:00 - Ağsu rayonu Gəgəli kəndində Festivalın və sərginin açılış mərasimi 
13.00 - Nahar yeməyi  
14.30-19.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş 
19.00 - Şam yeməyi 
20.00 - Oturma gecəsində iştirak etmək 
  
02 iyun 
06:00 - Tərəkəmə marafonuna qoşulmaq 
07.00 - Tərəkəmə obasında səhər yeməyi 
10.00-12.00 - Müxtəlif folklor qruplarının çıxışları (qrupların adları və saatlar bir həftə qalmış elan ediləcək). Əl işlərinin sərgisi ilə tanışlıq və alış veriş 
13.00 - Nahar yeməyi  
14.30-19.00 – Ağsu Qoruğu və digər tarixi abidələri ziyarət etmək 
19.00 - Şam yeməyi 
20.00 - Oturma gecəsində iştirak etmək 
  
03 iyun  
08:00 - Səhər yeməyi (kənd süfrəsi) 
09:00 -12.00 - Tərəkəmə Olimpiadasında iştirak etmək, biliklərini yoxlamaq 
12.00 - Bakıya yola düşmək 
  
Turun qiyməti: 
Bir gecə iki gün üçün - 55 manat 
İki gecə üç gün üçün - 65 manat 
  
Qiymətə daxildir: 
avtobus, 
2 gecə kənd evlərində qalmaq 
2 səhər yeməyi, 2 şam yeməyi və oturma gecəsi çay süfrələri 
professional bələdçilər 
professional fotoqraflar 
  
Bizimlə əlaqə: 
ünvan: Ağsu rayonu Gəgəli kəndi 
Tərəkəmə yurdu folklor turizmi məkanı 
tel: +994508764043 
+994506431591 
  
farizkhalilli@gmail.com 
  
Əvvəlcədən qeydiyyat vacibdir. Son qeydiyyat tarixi: 25 may 2024 
İstəyənlər öz çadırları ilə gələ bilər. 
Qrup turlarına fərqli proqram təklif etmək olar. 
  
#MədəniyyətNazirliyi #MinistryofCulture #MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Gəgəli #Culture #CulturalHeritage #Tərəkəmə #Folklor #Festival #Transhumance 
  
   |