"Tarixi Yerlər və Abidələr"  
V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu 
  
AMEA-nın müxbir üzvü Vəli Əliyevin əziz xatirəsinə həsr olunur 
  
30-31 iyul 2025-ci il, Zərgərpalan Hamamı, Bayırşəhər, Bakı 
(Hibrid formatda keçiriləcəkdir) 
  
Simpozium Komitəsi “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumuna məqalə və poster təqdimatları üçün müraciətlərin qəbulunu elan edir. Simpozium aşağıdakı tematik istiqamətlər üzrə məqalə və təqdimatların qəbulunu nəzərdə tutur: 
  
Azərbaycan arxeologiyası müstəqillik illərində 
Post-müharibə dövründə Qarabağda mədəni irsin qorunması və problemləri 
Maddi mədəniyyət: regional və qlobal əlaqələr, müqayisəli yanaşmalar 
Arxeologiya və ətraf mühit 
Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri 
Abidələrin mühafizəsi və bərpası problemləri 
Ümumdünya irsi: tanınma, qorunma və təqdimat 
Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsi 
İslam dövrü arxeologiyası 
Memarlıq abidələrində arxeoloji tədqiqatlar 
Bakı şəhərinin Bayırşəhər arxeologiyası 
Arxeoloq Vəli Əliyevin elmi irsi 
Yerli həyat tərzlərinin mədəni irsə təsiri 
Yazılı mənbələrdə tarix-mədəniyyət abidələri  
Arxeoloji turizm 
  
Təqdimat növləri:  
  
Əyani iştirak: Məruzəçilər təqdimatlarını simpoziumun keçiriləcəyi tarixi Zərgərpalan Hamamında canlı olaraq təqdim edəcəklər. 
Əvvəlcədən yazılmış təqdimat: 15 dəqiqəlik səsləndirilmiş slayd təqdimatı “YouTube” üzərindən yayımlanacaq. Bu təqdimatlar ZOOM üzərindən keçiriləcək canlı sessiyalarda müzakirə olunacaq. 
  
Qeyd: Bütün təqdimatlarda, əgər mətn ingilis dilində deyilsə, ya ingilis dilində slaydlar, ya da altyazılar əlavə olunmalıdır. 
  
Poster təqdimatı: 
Məruzə təqdim etmək istəməyən iştirakçılar poster təqdimatı ilə simpoziumda iştirak edə bilərlər. Posterlər Miras MİÖK İB-nin rəsmi “Instagram” səhifəsində yerləşdiriləcək. Tələblər aşağıdakılardır: 
Maksimum 10 vizual (şəkil, sxem, xəritə və s.) 
Mətn uzunluğu maksimum 2200 işarə 
30-a qədər həştəq (Simpoziumla əlaqəli və izahlı) 
  
Təqdimatların göndərilməsi və müraciət forması: 
Təqdimatlar (məqalə və ya poster) üçün müraciətlər başlıq və 150 sözə qədər xülasə ilə birlikdə 30 iyun 2025-ci il tarixinədək miraspresscenter@gmail.com ünvanına göndərilməlidir. 
  
Əlavə olaraq aşağıdakı məlumatlar təqdim edilməlidir: 
Ad və soyad 
Elmi dərəcə və iş yeri 
Tələbələr üçün təhsil səviyyəsi 
İştirak forması (Əyani, Onlayn və ya Poster) 
3–5 açar söz 
Başqa mövzuda sessiya təklif edən iştirakçılar əlavə olaraq sessiyanın başlığı, xülasəsi və məruzəçi siyahısını da təqdim etməlidirlər. 
  
Əlaqə: 
Dr. Fariz Xəlilli 
+994 50 876 40 43 
miraspresscenter@gmail.com 
  
Simpoziumun Elmi Komitəsi: 
AMEA-nın müxbir üzvü Cəfər Qiyasi 
Prof. Dr. Qafar Cəbiyev  
Prof. Dr. Hidayət Cəfərov 
Prof. Dr. Kübra Əliyeva 
Prof. Dr. Şikar Qasımov 
Prof. Dr. Nərgiz Əliyeva 
Prof.Dr. Vəfa Mahmudova 
Dos. Dr. Fərhad Quliyev 
Dos. Dr. Rizvan Bayramov 
Dos.Dr. Səfər Aşurov 
Dos.Dr. Bəhlul İbrahimli 
Dos. Dr. Həbibə Əliyeva 
Dos. Dr. Ellada Bəkirova 
Dr. Fariz Xəlilli 
Dr. Günel Seyidəhmədli 
Dr. Elmira Abasova 
Dr. Şəhla Xəlilli 
Dr. Elmira Abbasova 
Dr. Aida İsmayılova 
  
Gürcüstan: 
Elnur Əliyev 
  
Türkiyə: 
Prof. Dr. Recep Karadağ 
Prof. Dr. Metin Hakverdioğlu 
Dr. Afina Barmanbay 
Dr. Ahmet Aytaç 
  
İtaliya 
Prof. Dr. Luigi Scrinzi 
Dr. Andrea Macchia 
  
Şimali Makedoniya: 
Prof. Dr. Rubin Zemon 
  
Rumıniya 
Dr. Filip A. Petku 
  
Özbəkistan 
Prof.Dr. Cəlaləddin Mirzəyev 
  
Qazaxıstan 
Məulen Sadıkbek 
  
İraq 
Nicat Kövsəroğlu 
Prof.Dr. Şahin Abbas Çələbi 
 
  
Şimali Kipr Türk Respublikası 
Prof.Dr. Orhan Gemikonaklı 
  
Simpozium Təşkilat Komitəsi: 
Sədr: 
Dr. Fariz Xəlilli 
  
Üzvlər: 
Ceyhun İzmayılov 
Əli Əliyev 
Əfqan Quliyev 
Şölə Bayramova 
Vüqar Quliyev 
Gülşən Hüseynova 
Məleykə Hüseynova 
Aidə Məlikova 
Çinarə Xəlilzadə 
Ceyhun Xələfov 
Qafqaz Qəhrəmanlı 
  
   |