AZE ENG
Facebook
Twitter Google Myspace
“Tarixi Yerlər və Abidələr” VI Beynəlxalq Sulut Simpoziumu
10-6-2026

“Tarixi Yerlər və Abidələr”

VI Beynəlxalq Sulut Simpoziumu
Arxeoloq Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunur
 
04-05 sentyabr 2026-cı il
Sulut kəndi, İsmayıllı rayonu, Azərbaycan
Hibrid formatda keçiriləcəkdir
 
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə Aydın Adnan Menderes Universiteti,  İtaliya YOCOCU Assosiasiyası və tərəfdaş təşkilatlar “Tarixi Yerlər və Abidələr” VI Beynəlxalq Sulut Simpoziumuna məqalə, məruzə və poster təqdimatları üçün müraciətlərin qəbulunu elan edir.
 
Simpoziumun tematik istiqamətləri
Azərbaycan arxeologiyası müstəqillik illərində
Post-müharibə dövründə Qarabağda mədəni irsin qorunması və problemləri
Maddi mədəniyyət: regional və qlobal əlaqələr, müqayisəli yanaşmalar
Arxeologiya və ətraf mühit
Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri
Abidələrin mühafizəsi və bərpası problemləri
Ümumdünya irsi: tanınma, qorunma və təqdimat
Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsi
İslam dövrü arxeologiyası
Memarlıq abidələrində arxeoloji tədqiqatlar
Ağsu–İsmayıllı arxeologiyası
Arxeoloq Fazil Osmanovun elmi irsi
Yerli həyat tərzlərinin mədəni irsə təsiri
Yazılı mənbələrdə tarix və mədəniyyət abidələri
Arxeoloji turizm
Təqdimat formaları
Əyani iştirak
 
Məruzəçilər təqdimatlarını simpoziumun keçiriləcəyi məkanda canlı olaraq təqdim edəcəklər.
 
Onlayn iştirak
 
15 dəqiqəlik əvvəlcədən hazırlanmış və səsləndirilmiş slayd təqdimatları “YouTube” platforması vasitəsilə yayımlanacaq. Təqdimatlar ZOOM üzərindən təşkil olunacaq canlı sessiyalarda müzakirə ediləcəkdir.
 
Qeyd: Təqdimatın dili ingilis dili olmadığı halda slaydlar və ya altyazılar ingilis dilində təqdim edilməlidir.
 
Poster təqdimatı
 
Məruzə təqdim etmədən simpoziumda iştirak etmək istəyən tədqiqatçılar poster təqdim edə bilərlər. Posterlər MİRAS İB-nin rəsmi “Instagram” səhifəsində yayımlanacaq.
 
Poster tələbləri
Maksimum 10 vizual material (şəkil, xəritə, sxem və s.)
Maksimum 2200 işarəlik mətn
Simpozium mövzusu ilə əlaqəli maksimum 30 həştəq
Müraciət qaydaları
 
Məqalə, məruzə və ya poster təqdim etmək istəyən iştirakçılar mövzu başlığını və 150 sözə qədər xülasəni 30 iyul 2026-cı il tarixədək aşağıdakı ünvana göndərməlidirlər:
 
miraspresscenter@gmail.com
 
Müraciətə aşağıdakı məlumatlar əlavə edilməlidir:
 
Ad və soyad
Elmi dərəcə və iş yeri
Tələbələr üçün təhsil səviyyəsi
İştirak forması (Əyani, Onlayn və ya Poster)
3–5 açar söz
 
Ayrıca sessiya təşkil etmək istəyən iştirakçılar sessiyanın adı, qısa təsviri və məruzəçilərin siyahısını təqdim etməlidirlər.
 
Əlaqə
 
Dr. Fariz Xəlilli
Sədr, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
 
+994 50 876 40 43
miraspresscenter@gmail.com
 
Azərbaycan və dünyanın müxtəlif ölkələrindən tarixçiləri, arxeoloqları, memarları, mədəni irs mütəxəssislərini, muzeyşünasları, konservatorları, doktorantları və tələbələri simpoziumda iştirak etməyə dəvət edirik.
Oxunub : 6515